7NEWS.az xəbər verir ki, sürücülük vəsiqəsi olmayan rus əsgərinin yük maşını ilə Su-25 döyüş təyyarələrindən birinə çırpıldığı bildirilib. Əsgər iki Rusiya hərbi təyyarəsi arasında yüksək sürətlə hərəkət edərkən Su-25 tipli təyyarə ilə toqquşub. Müdafiə Nazirliyinə dəyən ziyan təxminən 386,8 milyon rubl (təxminən 4 milyon dollar) təşkil edib. Rus əsgəri bir il yarımlıq nəzarət altında azad olunmaqla şərti həbs cəzasına məhkum edilib.