Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Viral.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Son Yazılar:
- Şəhid Tərlan Məmmədov Yevlaxda dəfn edildi
- Şəhid Müşfiq Quliyev Cəbrayılda dəfn edildi
- “İnstpower” piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU
Şəhid hərbçi Tərlan Məmmədovun nəşinin qalıqları Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hərbi orkestr Dövlət himnini səsləndirib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.