2024-cü il ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ümumilikdə 161 müraciətə baxılıb, onlardan 92-si təmin olunub.
Finss.az-a Dövlət Xidmətindən bildirilib ki, baxılmış müraciətlərin sayında 2023-cü il ilə müqayisədə 3 dəfədən çox artım müşahidə olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti biznes subyektlərinin bazara girişini çətinləşdirən halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərini davam etdirir.
Fuad Mədətov
Finss.az