EN

“The Jerusalem Post”: İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür

Bakı. Trend:

Regionda gücü zəifləyən İran Ermənistanı geosiyasiproblemlərindən çıxış yolu kimi görür. Əgər Tehran Ermənistanlahərbi saziş imzalayıb bu ölkəyə qüvvələr göndərərsə, bir neçəməqsədinə nail olacaq. Bu barədə İsrailin tanınmış ekspertiMordexay Kedar “Jerusalem Post”da dərc olunmuş “İranın şiə ayparasılaxlayır: 7 oktyabrdan sonra regional güc nisbəti necə dəyişir”adlı məqaləsində yazıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlər Komitəsindən məlumatverilib.

Qeyd olunub ki, İran Ermənistan vasitəsilə Rusiya iləqaçaqmalçılıq əməliyyatlarını davam etdirmək niyyətindədir.Ermənistanın Avropaya yaxınlığı belə bir vəziyyətdə strateji vəgeosiyasi baxımdan üstünlükdür. Habelə, İran Ermənistanda hərbimövcudluq yaratmaqla Azərbaycanla münasibətlərdə təsir imkanlarıəldə edə bilər.

İslam Respublikasının Ermənistan və Cənubi Qafqaz vasitəsiləregional gücünü bərpa etməyə çalışdığını, İran İnqilabı KeşikçiləriKorpusunun müxtəlif səylər göstərdiyini yazan müəllif İslamdünyasında dominantlığa can atan Tehranın onilliklər üçün planlarqurduğunu bildirib.

Məqalədə Ermənistanın tərəfdaşlıq münasibətində İranaloyallığını vaxtaşırı dilə gətirməsinə baxmayaraq, NATO tədricənErmənistanı Qərbə doğru çəkməyə başladığı yazılıb. NATO hərbipersonalının Ermənistanda fəallığı, ABŞ qüvvələri ilə birgətəlimlərin keçirildiyi, İranla sərhəddə ABŞ hərbçilərininyerləşdirildiyi diqqətə çatdırılıb. ABŞ ordusunun Ermənistan hərbibazalarında fəaliyyət göstərdiyi və İran ərazisindən buraxılanraket və PUA-ları izlədiyi qeyd olunub. İranın Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Ermənistanagedərək ölkə rəhbərliyi ilə görüşdüyü və baş verənlərə görəölkəsinin narazılığını bildirdiyi vurğulanıb. İran ErmənistandanAvropa İttifaqı və NATO-ya üzvlük cəhdlərindən əl çəkməsini, habeləQərb qüvvələrini öz ərazisindən çıxarmasını tələb edib. İranrəsmisi bildirib ki, İrəvan tələblərlə razılaşarsa, iki ölkə hərbisaziş imzalayacaq, Qərb qüvvələri Ermənistandan çıxacaq və İranmaneəsiz fəaliyyət göstərmək üçün öz qoşunlarını bu əraziyəyeridəcək.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-839499

Chosen
60
3
az.trend.az

4Sources