EN

Qarabağ şəhidi Cəbrayılda DƏFN EDİLDİ 

Yazını böyüt
Yazını kiçilt

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən şəhid Müşfiq İbrahim oğlu Quliyevin nəşinin qalıqları bu gün dəfn edilib.

Hafta.az xəbər verir ki, şəhidin nəşinin qalıqları Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb.

Xatırladaq ki, Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra - bu günlərdə tapılıb və ailəsinə xəbər verilib.
32 ildir itkin düşmüş kimi qeydiyyatda olan Cəbrayıl rayonunun Horovlu kənd sakini Müşfiq Quliyevin nəşinin Beyləqan şəhərindəki qəbiristanlıqda naməlum şəhid kimi dəfn olunduğu üzə çıxıb. Şəhidin qalıqlarından DNT analizi üçün götürülmüş nümunələr onun kimliyini rəsmən təsdiqləyib.

Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayılın Horovlu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunub. Daha sonra hərbi xidmətə yollanıb. 1993-ci ilin oktyabrında Cəbrayılın Mahmudlu kəndi istiqamətində itkin düşüb.

Chosen
116
1
hafta.az

10Sources