EN

İmişlidə 9 yaşayış məntəqəsində QAZ OLMAYACAQ

İmişli rayonunun doqquz 9 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, fevralın 10-da "İmişli 1" ölçü qovşağından qidalanan, diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmə quraşdırılacaq.

Bu məqsədlə həmin gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (16 qeyri-əhali abonenti; ümumi 4400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Chosen
10
7
bakivaxti.az

8Sources