EN

Qarabağ Universitetindən Tibb fakültəsinin plan yerləri ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır. Həmçinin fakültənin açılışı yeni tədris ilindən planlaşdırılır. Eyni zamanda növbəti mərhələdə 1500 tələbənin təhsili nəzərdə tutulur.

Bəs, görəsən, ilkin mərhələdə Tibb fakültəsinə nə qədər plan yeri ayrılacağı nəzərdə tutulur?

Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Qarabağ Universitetinə sorğu ünvanladıq.

Sorğumuza universitetdən cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetinə 1500 nəfər tələbənin qəbulu planlaşdırılır:

"Eləcə də Qarabağ Universitetini seçən tələbələr növbəti il də ödənişsiz əsaslarla təhsil almaq imkanı əldə edəcəklər. Eyni zamanda, universitetimizə qəbul olunan tələbələrə universitet tərəfindən ayrılmış xüsusi yataqxanalarda yerləşmə təmin ediləcək.

İxtisaslar üzrə ayrılacaq yer sayı barədə dəqiq məlumat tələbə qəbulu zamanı ictimaiyyətə açıqlanacaq",- deyə universitetdən məlumat verilib.

Chosen
36
azedu.az

1Sources