EN

Gərginlik yenidən böyüyür: İrandan ABŞ-a sərt cavab

Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi ilə ABŞ və İran arasında gərginlik yenidən kəskinləşir.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlama verib.

O, ABŞ-ın İranın Çinə xam neft nəqlini asanlaşdıran beynəlxalq şəbəkəyə qarşı sanksiyalar tətbiq etmə qərarını qınayıb:

“ABŞ-ın yeni administrasiyasının İranın iqtisadi tərəfdaşları ilə qanuni ticarətini əngəlləməklə İran xalqına zülm etmək qərarı qeyri-qanunidir və beynəlxalq hüquqa ziddir. Bu addım ABŞ-ın üzərinə beynəlxalq məsuliyyət qoyur. İran İslam Respublikası bu təktərəfli və zülmkar təşəbbüslərin nəticələrinə görə məsuliyyəti ABŞ-da görür".

Chosen
35
publika.az

1Sources