EN

AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Bakı, 7 fevral, AZƏRTAC

Bütün zonalar üzrə 8-9 fevral tarixində keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.

Bu barədə AZƏRTAC-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.

 

Chosen
48
29
azertag.az

10Sources