EN

Sahil Babayevi əvəzləyən Anar Əliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Lent.az əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Anar Əliyev qısa bioqrafiyasını təqdim edir:

Anar Əliyev harada anadan olub?

Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.

Anar Əliyev ali təhsili harada alıb?

Anar Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.

Anar Əliyev hansı vəzifələrdə çalışıb?

45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin Nazirlikdə nazir müavini vəzifəsini tutub.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Chosen
34
49
aznews.az

10Sources