"Beşiktaş" "İndependiente"də çıxış edən 18 yaşlı cinah oyunçusu Keny Arroyonu heyətinə qatdığını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ağ-qaralı komanda məlumat yayıb.
Məlumatda deyilir: “Keny Alexander Arroyo Alvarado transferi üçün futbolçunun klubu və özü ilə razılıq əldə olunub. Keny Arroyo tibbi müayinədən keçmək və transfer danışıqlarını başa çatdırmaq üçün 8 fevral şənbə günü İstanbula gələcək.
Fərid ASLAN
MÄ°A.AZ