EN

Azərbaycanda səyahət sığortasına maraq azalıb

Azərbaycanda ötən il üzrə xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 579 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 441 min manat və ya 7% azdır.

2023-cü il üzrə bu göstərici 6 milyon 22 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 299 min manat təşkil edib ki, bu da illik müqayisədə 15 min manat və ya 5% azdır.

Ötən ilin eyni dövründə 314 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə  6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə dəyişməyib

Chosen
33
3
fed.az

10Sources