EN

Ukrayna ordusu Kursk vilayətində 5 km irəliləyib - ISW

Yeni hücum zamanı Ukrayna qoşunları Rusiyanın müdafiəsini yararaq Sudjadan 5 km cənub-şərqdə irəliləyib.

Herbiand.az bildirir ki, bu barədə ABŞ-da yerləşən Müharibə Tədqiqat İnstitutu (ISW) qeyd edib.

Məlumata görə, fevralın 6-da yayımlanan kadrların geolokasiyası göstərir ki, Ukrayna qoşunları Maxnovkadan cənub-qərbə (Sudjanın cənub-şərqində yerləşən kənd) və Çerkasskaya Konopelkanın şimal və şərqinə doğru irəliləyib. Karvan Sudja-Oboyan yolu ilə keçib, bundan sonra Ukrayna Silahlı Qüvvələri Kolmakov ferması və Fanaseyevka kəndini nəzarətə götürüb.

Rusiya Müdafiə Nazirliyi dünən Ukrayna Silahlı Qüvvələrinin bütün hücumlarının dəf edildiyini açıqlayıb.

Ukrayna komandanlığı hələlik Kursk vilayətində yeni hücumla bağlı xəbərləri şərh etməyib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
35
herbiand.az

1Sources