EN

Britaniya bankrotluq həddinə çatıb

Britaniya

"Böyük Britaniya bankrotluq həddinə çatıb, büdcə doldurmaq üçün təklif edilən yollar vəziyyəti yalnız çətinləşdirir".“Ulusum”.az xəbər verir ki, britaniyalı siyasətçi Devid Frost Telegraph qəzetindəki məqaləsində bildirib. Onun sözlərinə görə, Xəzinədarlıq naziri Reyçel Rives büdcə xərcləri auditinin fonunda Büdcə Təhlükəsizliyi İdarəsi ilə danışıqlara getməyə məcbur olub."Çıxış yolu yoxdur. Vergi artırmaq gəlirləri artırmayacaq, işçi partiyası isə iqtisadi artımı stimullaşdıra və ya xərcləri azalda bilmir", - Frost yazıb.Siyasətçi əlavə edib ki, Xəzinədarlığın büdcə planı üç aydan az bir müddətdə köhnəlib. Büdcə defisiti 20 milyard funt sterlinq təşkil edə bilər. Vergi artımları tənəzzülə səbəb olacaq, büdcə xərclərinin azaldılması isə seçicilər tərəfindən müsbət qarşılanmayacaq. Böyük qanunvericilik dəyişiklikləri "gözlənilməz nəticələrə səbəb olacaq", - deyə siyasətçi xəbərdarlıq edib.Səidə

Diqqət Çəkənlər

Ərdoğan Azərbaycan səfirinə mükafat verdi

Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb

Prezident minimum pensiyanın artırılmasını təsdiqləyib

Chosen
65
11
ulusum.az

10Sources