EN

Tibb bacısı uşağın yarasını yapışqanla bağladı

Hindistanlı tibb bacısı uşağı müalicə etmək üçün yapışqandan  istifadə etdikdən sonra işini itirib.

News24.az bildirir ki, hadisə Karnataka ştatında baş verib.

Qeyd edək ki, uşaq yanağındakı yara səbəbindən Jyoti kimi tanınan tibb bacısına həvalə edilib. 

O, məşhur "Fevikwik" yapışqanından istifadə edib və valideynlərinə bunun uşağın üzündə çapıqların yaranmasının qarşısını alacağını deyib. Həmçinin, bu üsuldan illərdir istifadə etdiyini iddia edib. Bundan narahat olan valideynlər ofisdə baş verənləri videoya çəkməyə başlayıb və Səhiyyənin Mühafizə Komitəsinə şikayət ediblər.

Tibb bacısı başqa tibb müəssisəsinə köçürülüb, daha sonra isə işdən tamamilə uzaqlaşdırılıb. Onun barəsində daxili araşdırma aparılır.

Zəhraxanım


Chosen
44
news24.az

1Sources