EN

Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

Bakı. Trend:

Unibank Sahibkarlığın İnkişafı Fondunun (SİF) “İşğaldan azadedilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstəkmexanizmi” çərçivəsində ilk kreditini ayırıb. “Unibank”ın təqdimetdiyi zəmanətli və güzəştli biznes kreditisayəsində, “AS İstehsal” MMC Ağdam rayonu, Ağdam Sənaye Parkındabeton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb. Ümumidəyəri 5,5 milyon manatdan çox olan layihənin xeyli hissəsi SİFvəsaiti hesabına Unibak KB tərəfindən ayrılan 3 milyon manatlıqgüzəştli kreditlə həyata keçiriləcək. İnvestisiya proqramı üzrə 65yeni iş yerinin açılması planlaşdırılır.

“Unibank KB” ASC-nin Biznes Bankçılığı üzrə BaşDirektoru Tahir Qəribov bildirib ki, azad ediləntorpaqlarımızda biznes fəaliyyətinin dəstəklənməsində yaxındaniştirak qürurvericidir: “Real sektora dəstək “Unibank”ın yenistrateji hədəflərində xüsusi yer tutur. İstər paytaxtda, istərsə dəregionlarımızda minlərlə sahibkara dəstək olaraq, biznesləriniböyütməsində yaxından iştirak etmişik. Bu fəaliyyətdə “Unibank”ınSİF vəsaiti hesabına ayırdığı güzəştli kreditlər də sahibkarlarüçün böyük əhəmiyyət daşıyır. İşğaldan azad edilmişərazilərimizdə fəaliyyət göstərən sahibkarlara dəstək isə hər birmaliyyə qurumu üçün fəxrdir. Biz, Unibank olaraq bu istiqamətdə ilkkreditimizi ayırdığımız üçün çox şadıq. Təbii ki bu proses davamedəcək. Bu il ərzində də Sahibkarlığın İnkişaf Fondunun “İşğaldanazad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək”mexanizmi çərçivəsində bir neçə layihənin maliyyələşdirilməsiplanlaşdırılır”.

“AS İstehsal” MMC-nin direktoru Səbuhi Məmmədovisə ayrılan güzəştli kreditin layihənin sürətlə icrasına təkanverdiyini bildirib: “ “AS İstehsal” MMC uzun illərdirkeyfiyyətli əmtəə betonu, metal karkas, dəmir-beton məhsulları,səki və döşəmə daşları, habelə divar blokları istehsal edərək,Azərbaycanın tikinti materialları bazarında xüsusi yer tutur. AğdamSənaye Parkı ərazisində inşa etdiyimiz beton məmulatlarınınistehsalat bazası işğaldan azad edilmiş ərazilərin yenidənbərpasında mühüm rol oynayacaq. Uzun illərin istehsalattəcrübəsinin davamı olaraq, yeni istehsal ediləcək məhsullar çoxyüksək keyfiyyətə malik olacaq. İstehsalat bazasının uyğunlokasiyada olması, şəhər və qəsəbələrin tez bir zamandaabadlaşdırlmasına kömək edəcək. Layihənin istehsalat sahələri bu ilfevralın sonunadək, inzibati binaların inşası isə aprelinaxırlarında yekunlaşacaq. Unibank tərəfindən ayrılmış kreditlayihəmizin vaxtında icra edilməsinə böyük tövhə vermişoldu”.

Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil banklarısırasındadır və hazırda Fondun layihələrində aktiv iştirak edir.SİF-lə əməkdaşlıq çərçivəsində bank sahibkarlara dövlət zəmanətli,güzəştli kreditlərin ayrılmasını davam etdirir.

“Unibank”ın digər bizneskrediti məhsulları və xidmətlərindən filiallarda istifadə etməkistəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”,“Rəqəmsal”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”,“Sədərək” Biznes Mərkəzi” eləcə də “Unibank”ın bölgə filiallarıxidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqındaətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından(https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!

Məqalədə:
Chosen
42
12
az.trend.az

10Sources