EN

PSJ bu gün Luis Enrike ilə bağlı atdığı addımı açıqlayacaq - İDDİA

PSJ bu gün komandanın baş məşqçisi Luis Enrike ilə müqavilə yenilədiyini açıqlayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb.

54 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ildən Paris təmsilçisini çalışdırır. O, PSJ-nin "sükanı arxası"nda Liqa 1-in və Fransa Kubokunun, eləcə də 2 dəfə Fransa Superkubokunun qalibi olub.

20 tura 50 xal toplayan PSJ hazırda Liqa 1-in turnir cədvəlinə başçılıq edir. Paytaxt komandası ən yaxın izləyicisi "Monako"nu 10 xal qabaqlayır.

Nihat

Chosen
11
fanat.az

1Sources