EN

Azərbaycanda plüralizm praktikası- yad cərəyanlar ölkəyə sıza bilmədi...

Image

Azərbaycanda söz, mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyi gizlin deyil. Mətbuatın inkişafı, söz və mətbuat azadlığı   müvafiq qanunvericiliklə tənzimlənir. Bu yöndə qanunvericilik bazası formalaşdırılıb, kütləvi informasiya vasitələrinin maddi-texniki imkanları genişləndirilib. Eyni zamada media sahəsində ciddi islahatlar həyata keçirilib, yeniliklər tətbiq olunub. Ölkəmizdə müstəqil mətbuatın inkişafı üçün lazımı addımlar atılıb. 

Azərbaycanın içində çoxlu sayda media qurumlarının mövcudluğu, onların əməkdaşlarının azad, sərbəst, müstəqil şəkildə öz peşə fəaliyyətləri ilə məşğul olması ölkəmizdə söz azadlığının, fikir  plüralizminin inkiafından xəbər vermirmi. Sadəcə, antiazərbaycan qüvvələri, qərəzli beynəlxalq qurumlarzaman-zaman Azərbaycanda söz azadlığı sahəsində guya problem olduğunu iddia edirlər. Bizim içimizdə yaşamayanların, fəaliyyət göstərməyənlərin bu əsassız iddiası heç cür anlaşılan deyil. Onların əsas məqsədi müxtəlif vasitələrlə mediamıza sızmaq və media orqanlarımızın əli ilə daxili işlərimizə müdaxilə etməkdir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən indiyə qədər həmin qüvvələr ölkəmizdən əl çəkmək istəmirlər.  

Bildiyimiz kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və onun kimi təşkilatlar illər boyu mediamıza sızmağa çalışıb, "söz azadlığına", "demokratik mətbuata" dəstək adı altında çirkin kampaniyalar həyata keçirmək istəyiblər.  USAİD-in mediamızı ələ almaqla bağlı çirkin davranışları göstərdi ki, bu təşkilat müxtəlif yollarla bəzi  insanları öz məkrli niyyətlərinə cəlb edib məkrli hədəflərinə çatmaq üçün onları alət etsə də, mətbuatımıza sıza bilmədi, tamamilə ifşa olundu.

Eyni zamanda başqa xarici qüvvələr də, mərkəzlər də bizim medianın əli ilə ölkə daxilində çirkin işlər görmək istədilər, onlar da məqsədlərinə çatmadılar, özləri ifşa olundu, qoyduqları “sərmayə” iflasa uğradı. Azərbaycanda plüralizm praktikası mövcuddur və nəticədə yad cərəyanlar ölkəmizə sıza bilmədilər. Bu qüvvələr mediamızın əli ilə heç nə edə bilmədilər.

“Azərbaycan mediasına geniş mənada sıza bilmədilər”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə “Hər şeydən əvvəl xüsusi vurğulamaq istərdim ki, USAİD-in bu cür zərərli fəaliyyətilə bağlı biz illərdir danışırıq, deyirik. Təəssüflər olsun ki, dediklərimiz özümüzə qarşı çevrilir, təhqir olunuruq, davamlı şəkildə əleyhimizə təbliğat aparılır. Biz nə deyirdik? Deyirdik ki, USAİD və bənzər qurumlar korrupsiyaya bulaşıb, onlar siyasi təbliğat vasitəsinə çevrilib, onlar bizim kimi ölkələrdə dağıdıcı fəaliyyətlə məşğuldurlar. Üstəlik də, ABŞ vətəndaşlarının vergiləri hesabına zərərli fəaliyyət göstərirlər. Yəni bu fikirləri deyirdik, ona görə də probelmlə üzləşirdik. İndi ABŞ-da araşdırmalar başlanılıb və ilkin nəticələr onu göstərir ki, həqiqətən də USAİD deyilən təşkilat bizim dediyimiz o fəaliyyətlərlə məşğul olub. Yəni artıq bunu biz demirik, ABŞ-ın rəhbərliyi ən yüksək səviyyədə dilə gətirir, özü də havadan demirlər, əllərində yetərincə tutarlı faktlar var. Təbii ki, Azərbaycan USAİD kimi təşkilatların ölkəmizin içində at oynatmasının qarşısını vaxtında almaqla düzgün addım atıb. Zaman bird aha təsdiqlədi və göstərdi ki, onlar burda doğrudan da dağıdıcı fəaliyyətlə məşğul olublar və bizim dövlətimiz cəld tərpənib bu fəaliyyətin qarşısını alıb. Yəni həqiqətən də onlar Azərbaycan mediasına geniş mənada sıza bilmədilər.  Sadəcə bəzi özünü “azad” élan etmiş, əslinə qalanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi kimi qurumların pulları hesabına siyasi dağıdıcı təbliğatla məşğul olan qurumlar media sahəsində hərəkət edirdi. Onlarla bağlı da Azərbaycan dövləti artıq tədbirlər görür. Düzdür, görülən tədbirləri də media azadlığının “boğulması” kimi qələmə verirlər. Amma hər şey faktlara, sübutlara əsaslandığına görə, elə ABŞ-ın özü də sonradan Azərbaycanın bu haqlı mövqeyini açıq şəkildə dəstəkləyəcək. Yəni bu dövlətin təhlükəsizliyi məsələsidir və Azərbaycan bu işdə də yetərincə çevik davrana bilib”. 

“Bu məsələdə də biz haqlıyıq”

A.Həsrət bildirdi ki, USAİD təkcə Azərbaycanda bəzi media qurumlarını ələ almamışdı, eyni zamanda ABŞ-ın bəzi populyar qəzet və agenliklərini və Böyük Britaniyanın “BBC” media qurumunu da öz çaynaqlarına alımışdı. A.Həsrətin sözlərinə görə, Azərbaycan tərəf bunu vurğulayanda bizi “qərəzdə” ittiham edənlərə cavab USAİD-lə bağlı ABŞ-da aparılan araşdırmaların nəticəsidir: “Artıq araşdırmalar nəticəsində USAİD-in ABŞ-ın  “Politiko”, “Nyu York-Tayms”, Reuyters”, “Assosiated press”, Böyük Britaniyanın “BBC” kimi agentliklərə milyonlarla dollar maliyyə ayırdığı və bu maliyyə hesabına çirkin təbliğat təşkil etdiyi təsdiqlənib. Biz zamanında deyəndə ki, Amerika mediası, Qərb mediası qərəzlidir, birtərəflidir, yenə də bizə qarşı təbliğat aparılırdı ki, guya böhtan atırıq, yalan danışırıq. Amma artıq araşdırmalar göstərir ki, bu məsələdə də biz haqlıyıq”.

A.Həsrət qeyd etdi ki, Azərbaycan mediası vasitəsilə Azərbaycana qarşı çirkin kampaniya həyata keçirmək istəyən bəzi beynəlxalq təşkilatların məqsədləri iflasa uğrayıb. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Chosen
77
baki-xeber.com

1Sources