EN

Köhnə maşını olanlar təzə maşını bu üsulla alacaq? - Açıqlama

Bu avtomobillər dövlət tərəfindən alına bilər - Deputat açıqladı 

Köhnə avtomobillərin yeni avtomobillərlə əvəz olunması müxtəlif üsullarla ola bilər. Hazırda ekologiyanı çirkləndirən, istismar müddətini başa vurmuş avtomobillərin hər hansı müəssisəyə təqdim olunub, əvəzində yeni avtomobilin güzəştlə alınması bir çox sürücülər tərəfindən maraqla gözlənilir.

Mövzu ilə bağlı News24.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadənin   sözlərinə görə, xarici ölkələrdə olduğu kimi,  bizdə də müəyyən şirkətlər köhnə avtomobili alıb, yeni avtomobil ilə münasib qiymətə əvəzləsə, çox yaxşı olar.

Deputat qeyd edib ki, xarici ölkələrdə belə praktika mövcuddur.

"Müxtəlif meyarlara görə  belə  təkliflər ola bilər. Burada tanınmış markalar, avtomobil satışı ilə məşğul olan bir çox böyük şirkətlərin iştirakı ilə yenilənmə prosesi həyata keçə bilər. 

İstismar müddətini başa vurmuş avtomobillərin dövlət tərəfindən alınıb, yenisini güzəştlə verməsi hələ müzakirə mövzusu deyil. Qarşıda görülən mühüm işlər var. Bu məsələ ilə bağlı konkret fikir bildirmək hələ tezdir", - deyə deputat bildirib. 


Ağa Dadaşzadə


Chosen
56
news24.az

1Sources