EN

DİQQƏTLİ OLUN! Bank kartları ilə bağlı DƏLƏDUZLUQ HALLARI KƏSKİN ARTIB - Bu yolla...

Son dövrlər vətəndaşların bank kartlarına hücumların sayı kəskin artıb. Dələduzlar məhz bunun üçün müxtəlif yollara əl atırlar. Xarici kiber müdaxilələrlə keçən il 16 min 804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22 mln.442 min 838) manatdan artıq vəsait talanıb.


Məlumata görə, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311.728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92.630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101.398 manat pul vəsaiti onlayn talanmışdır.


Deyə bilərik ki, bu dələduzluq növü oğurluq etmək istəyənlər üçün olduqca asanlaşıb. Artıq kartın bir neçə rəqəmi ilə də bunu etmək mümkünə çevrilib.


Son günlərdə belə halların kəskin artmasına səbəb nədir? Bankların təhlükəsizlik sistemində hansı boşluqlar var?


Bu sualları informasiya texnologiyaları üzrə mütəxəssis, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov “Referans”-a açıqlamasında cavablandırıb.




“Rəqəmsallıq inkişaf etdikcə kiberdələduzluq hallarının artması gözləniləndir. Burada bir çox fərqli aspektlər mövcuddur. Həm bankın üzərinə düşən təhlükəsizlik tədbirləri, həm də vətəndaşların üzərinə düşən nüanslar var. Təhlükəsizlik tədbirlərinin inkişaf etdirilməsi, gücləndirilməsi bankın öhtəlikləri arasındadır. Lakin vətəndaşların da çiyninə bir çox məsuliyyətlər düşür. Çünki son dövrlərdə Azərbaycanda baş verən dələduzluq hallarının əksəriyyəti bir növ vətəndaşların öz “istəyi” ilə baş verir. Onlar bunu bilməyərək də etsələr, yenə də dələduzlara özləri kömək etmiş olurlar. Nəinki mobil tətbiqlər vasitəsilə, vətəndaşların səhvi ucbatından daha çox baş verir bu hallar. Yəni burada məhz bank tətbiqləri qırılmayıb və yaxud da hakerlər tərəfindən banka hücum olunmayıb. Buna görə də burada hər iki tərəfin üzərində öhtəlikləri var. Əvvəlcə vətəndaşlar maariflənməlidir. Öz məlumatlarını, kodlarının qarşı tərəfə ötürməməlidir. Eyni zamanda banklar da bu cür kiberdələduzluq hallarının artmasını müşahidə etdikdə onlar da əlavə tədbirlər görməlidirlər və öz xidmətlərində təhlükəsizlik məsələlərinə daha çox önəm verməlidirlər. Burada müşahidə olunur ki, bank tətbiqlərində bu istiqamətlərdə kifayət qədərtənzimləmələr var. Sadəcə vətəndaşlar da bəzən onları aktivləşdirmirlər. Buna iki faktorlu təsdiqləmələr və s. aiddir. Bu səbəbdən vətəndaşlar daha təşəbbüskar olmalıdırlar”.

 

Fidan Vəlisoy 

Chosen
28
referans.az

1Sources