Bakı. Trend:
ABŞ-də 15 yaşlı yeniyetmə hava limanına silahla daxil olaraq,təyyarə ilə təmin olunmasını tələb edib.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hadisə Arkanzas ştatının Teksarkan regional havalimanında baş verib. Məktəbli avtomat və tapanca ilə hədə-qorxugələrək içəridə gərginliyə səbəb olub.
Məktəbliyə qarşı birinci dərəcəli terror ittihamı ilə cinayətişi açılıb. O hazırda yeniyetmə qanunpozanlar üçün nəzərdə tutulmuşmərkəzdə saxlanılır. İnsidentin təfərrüatları barədə hələ ki,məlumat verilməyib.