EN

Yeni nazir BU MƏŞHURUN oğlu imiş - FOTO

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.

Titul.az xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir.

Anar Əliyevin anası İradə Əliyeva uzun illər jurnalistika sahəsində fəaliyyət göstərir. Hazırda o, "Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır. /Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
109
17
titul.az

10Sources