EN

BCM Trampın sanksiya qərarını pislədi

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ-ın ona qarşı gördüyü tədbirləri kəskin şəkildə pisləyib.

Publika.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat paylaşılıb.

“BCM Birləşmiş Ştatların öz rəsmilərinə sanksiya tətbiq edən və onun müstəqil və qərəzsiz işinə xələl gətirən sərəncamını pisləyir”, - sənəddə qeyd olunub.

Bəyanatda, həmçinin üzv dövlətləri, vətəndaş cəmiyyətini və dünyanı “ədalət və fundamental insan hüquqları uğrunda birləşməyə” çağırır.

Chosen
12
publika.az

1Sources