EN

Amazon süni intellektin inkişafına 100 milyard dollar xərcləyəcək

2025-ci ildə Amerikanın Amazon şirkəti süni intellekt  texnologiyalarının inkişafına 100 milyard dollar sərmayə qoyacaq. Bu barədə Financial Times (FT) məlumat yayıb.
 
Məlumata görə, bu, rəqibləri Alphabet və Microsoft-a yatırılan sərmayədən çoxdur.

Bu vəsaitin əsas hissəsi data mərkəzlərini idarə edən və müştərilərə proqram alətləri təklif edən bulud şirkəti Amazon Web Services-ə gedir.

Şirkət yanvarın 20-də Çin şirkəti DeepSeek, ABŞ-ın OpenAI şirkətinin ChatGPT-nin təkmil versiyasını üstələdiyini iddia etdiyi R1 chatbotunun yeni versiyasını buraxınb.
 
Aytac

www.anews.az
Chosen
18
anews.az

1Sources