EN

Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib

Peskov Qazaxıstanın Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı xəbərini şərh etməyib. Bu barədə Rusiya mıətbuatı Peskova istinadla yazıb.  
 
Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib ki, Rusiya agentlikləri Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau hava qəzası ilə bağlı hesabatını diqqətlə öyrənəcəklər.

Bununla da Peskov jurnalistin Qazaxıstanın "Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı xəbəri ilə bağlı sualını şərh edərək, xəbərin ilkin olduğunu bildirib.

"Müvafiq idarələrimiz bunu lazımi diqqətlə öyrənəcək", - o bildirib. 
 
Bir gün əvvəl Qazaxıstan tərəfi qəza ilə bağlı ilkin hesabatını açıqlayıb. 
 
 
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb. 
 
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib. 
 
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib. 
 
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Chosen
5
2
anews.az

3Sources