Fevralın 2-də saat 19:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.
Referans.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qapalı kəllə-beyin travması, sol qolun yerdəyişmiş sınığı diaqnozu təyin edilən şəxsin vəziyyəti stabildir.
Xatırladaq ki, fevralın 2-də Gəncə şəhərində sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus "VAZ-2106" markalı maşınla toqquşub, beş nəfər yaralanıb.