Ukrayna prezidenti Volodimir Zelenski general-leytenant Yevgeni Moysyuku beynəlxalq təhlükəsizlik təminatlarının həyata keçirilməsi və ölkənin müdafiə qüvvələrinin inkişafı üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.
Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Xatırladaq ki, o, bu vəzifəyə 2024-cü il fevralın 13-də təyin edilmişdi./publika.az