EN

Heç Kim Ona İnanmırdı… O, Azərbaycan Tikinti Sektorunda Yeni Dövr Açdı

Heç

Tikinti maqnatı Şərurlu İsfəndiyar Axundovun uğur hekayəsi və iş dünyasında mükəmməllik axtarışından yazdım bu dəfə. Heç bir məktəb oxumayasan, Allah vergisi kimi hər şeyi biləsən, özü də mükəmməlcəsinə… Məncə, bu adamdan yazmasam olmazdı. Ən başdan başlayaq… Əvvəldən haqqında dəfələrlə eşitdiyim İsfəndiyar Axundovla görüşməyim 2024-cü ilin son günlərinə təsadüf etdi. Əslində cəmi 20 dəqiqəlik görüşmə edib, kiçik bir məsələni danışmaq üçün getmişdik yanına. Görüşümüz ruhsal bir empatiya qurulması ilə 2 saatdan çox davam etdi. Mənim jurnalistik yanaşma sərgiləməmə gərək qalamdan, İsfəndiyar bəy özü ta uşaqlığından bu günə qədərki həyat yolunun ana xətlərini anbaan danışdı. Biz də qarşısında oturub can qulağı ilə dinləyirdik. Söhbətin şirinliyindən hətta çay içməyi unutduq. Sonrakı günlərdə “axı niyə ilk dəfə qarşılaşdığı birinə bu qədər içtənliklə hər şeyini danışdı, üstəlik də cavan-cumru da deyil ki beyninin qan vaxtı ola” düşüncəsi məni buraxmadı ki buraxmadı. Haqqında apardığım araşdırmalarda Şərurlu İsfəndiyar barədə birmənalı baxış bucağı olmadığını, neqativ yazıların at oynatdığını, onu tanıyanların da stabil fikirdə olmadığı və hətta qəribə bir bumeraq (Şərur MTK-nın da məqalələrə çox açıqlama vermədiyini) gördüm. Görüş zamanı özünün dediyi bir ifadəni xatırladım: “Mənim dövlətim və millətim üçün nə işlər gördüyümü bilənlər bilir. Bilmək istəyəməyənlərə boşuna özümü yorası deyiləm. Mən özümü tanıyıram bəsdir”. İndi isə mən Naxçıvanlı tikinti maqnatı İsfəndiyar Axundovun sektorda gördüyü işlərin təzahür formasını (şəxsiyyətinin deyil) öz publisistik araşdırmalarımın və analizlərimin nəticələri fonunda qruplaşdırıb sizinlə bölüşürəm. Burada əsas məqsədim odur ki, bu yolu getmək istəyən gənclər özləri üçün gərəkən uğur mesajlarını ala bilsinlər. Yola hazırlıqsız çıxılmaz axı?! Digər tərəfdən, bilməliyik ki, “mələkxislət” kimi tanınan birisini tanımağa gərək yoxdur. Əsas olan mürəkkəb insanların qatlarını aça bilməkdir. Deyəcəksiniz, İsfəndiyar Axundov mürəkkəbdir? Bəli, özü haqqında deyilə biləcək bütün fikirləri öncədən bilib, öz diliylə özünü bütün çılpaqlığı ilə ifadə edən başqa biznesmen tanıyırsınızmı heç?! Hər kəs özünün yaxşı cəhətlərini göstərməyə çalışır. Əksini deyənlərə də etiraz edir. İsfəndiyar bəy isə əksinə heç kimə etiraz etmədən özü-özünün müsbət və mənfilərini ifadə edir. Digər tərəfdən, onun şəxsi keyfiyyətləri bir yana, işdəki uğurları göstərir ki, o risk almağı bacaran, olduqca cəsarətli, plan-programlı və idarəetmə istedadı olan liderdir. İsfəndiyar Axundov, hazırda Azərbaycanın tanınmış iş adamı və "Şərur" MTK-nın sahibi olaraq, yalnız müvəffəqiyyətli işləri ilə deyil, həm də dövlətçiliyə sədaqəti ilə yaratdığı dərin izlər diqqət çəkir. Onun biznes dünyasındakı hekayəsi, məqsədyönlülük, zəhmət və daima yüksəlmək ambisiyasının nəticəsidir.İ.Axundovun həyat yolu, Azərbaycanda işgüzar mühitin inkişafına böyük təsir göstərən nümunəvi bir hikayədir. Uşaqlıqdan etibarən biznesə olan marağı, onu fərqli sahələrdə çalışmaq və peşəkar sahələrdə özünü sınamağa yönləndirdi. "Başlamaq üçün heç vaxt çox gec deyil, amma hər bir uğurun arxasında daim təkrarlanan zəhmət və səbr dayanır", — deyə İsfəndiyar Axundov tez-tez vurğulayır. Bu sözlər onun həyatına yön verən əsas prinsipdir və onu uğur qazanmağa aparan yolda dəfələrlə sınanmış bir fəlsəfədir."Şərur" MTK: Bir iş imperiyasının qurulması deməkdirmi?İsfəndiyar Axundov, 2001-ci ildə "Şərur" MTK-nı yaratmaqla, inşaat sektorunda yeni bir dövrün başlanğıcını qoydu. Şirkət, yalnız Azərbaycanda deyil, regionda da tanınan bir marka halına gəldi. Onun rəhbərliyi altında, "Şərur" MTK, xüsusilə, müasir və yüksək keyfiyyətli yaşayış komplekslərinin tikintisi ilə məşhurlaşdı. Şirkət hazırda tikinti təcrübələrini Türkiyə sərhədlərinə qədər daşıyıb. Özü də heç bir reklama, marketing strategiyasına gərək olmadan hər gün lazımi qaydada satışlarını və sifarişlərini həyata keçirmək qüdrətindədir. Şirkət, həmçinin ölkə daxilində yüzlərlə insanı işlə təmin edərək, iqtisadiyyatın inkişafına da töhfə verir. Heç bir pr, reklam industriyalarına müraciət etmədən, bu qədər yüksək səviyyədə satış etmə müddətliliyini qorumaq ancaq və ancaq xüsusi fəndli maqnatların beyni üçündür. Deməli, İsfəndiyar bəy belə maqnatdır. O, "Şərur" MTK-nı qurduqda qarşısına çıxan ən böyük çətinliklərin sistemli düşünmək və yüksək keyfiyyətli layihələrin həyata keçirilməsindən ibarət olduğunu bir müsahibəsində belə qeyd edib: "Hər hansı bir işə başladıqda, məqsəd yalnız qısa müddətdə qazanc əldə etmək olmamalıdır. Əsas məqsəd, davamlı uğur yaratmaq və insanlara keyfiyyətli həyat şəraiti təmin etmək olmalıdır". İ.Axundovun yolunda sayısız uğurlar olduğu kimi, qarşısına çıxan çətinliklər də var idi. Lakin hər çətinlik, ona daha da güclənmək və inkişaf etmək üçün yeni fürsətlər yaradıb. O, heç bir ali təhsil almamasına rəğmən, hətta orta təhsili belə yarımçıq olduğu halda, hər zaman qarşılaşdığı problemləri bir fürsət olaraq qiymətləndirib, onlardan dərslər çıxararaq irəliləyib. "Uğur heç vaxt bir gecədə gəlməz. Bunun üçün çox çalışmaq, səhvlərdən dərs almaq və hər an yeniliklərə açıq olmaq lazımdır," — deyə o, uğurlu iş həyatının sirrini izah edir.Örnək Olunası Həyat yoxsa?İş adamı ilə söhbət zamanı gördüm ki, onun həm təbabət bilikləri, həm fəlsəfi beyin gücü, təlatümlü ömür yolu, yalnız müvəffəqiyyətli bir iş adamının hekayəsi deyil, həm də daima öz üzərində işləyən və cəmiyyətə təsir göstərməyə çalışan “vergili” insanın həyatıdır. O, öz əməyi ilə yaradılan uğurların, gələcək nəsillər üçün örnək olmasına səy göstərir. Onun həyatı, hər kəs üçün uğur qazanmanın yalnız güclü bir iş ehtirasına və biznes təfəkkürünə sahib olmaqla mümkün olduğunu bir daha sübut edir.Hamı onu tənqid edirdi, O isə…İsfəndiyar bəy və onun rəhbərlik etdiyi "Şərur" MTK haqqında neqativ yazıların mövcudluğu zaman-zaman həm şəxsi, həm də iş həyatındakı müəyyən məsələlərlə bağlı müxtəlif fikirlərin və təhlillərin meydana gəlməsinə səbəb olub. Həmçinin, "Şərur" MTK-nın fəaliyyətinə dair bəzi neqativ yazılar, onun icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərinə də diqqət çəkib. Eləcə də İsfəndiyar Axundovun öz biznesində sosial məsuliyyətə və ekoloji davamlılığa dair yanaşması müsbət olsa da, bəzi yazılarda bu sahədəki fəaliyyətlərinin yetərsiz olduğu da qeyd edilir.Hələ bu harasıdır?! "Şərur" MTK-nın tikinti fəaliyyəti geniş bir kütləni əhatə edir, lakin bəzi müştərilər şirkətin layihələrinin keyfiyyətini və müəyyən xidmətlərin təxirə salınmasını şikayət edib. Digər tərəfdən müxtəlif münaqişələr, şəxsi həyatına dair məlumatların yayılması və mətbuatın bu məlumatları işıqlandırması nəticəsində onun şəxsi imicinə təsir edib. Əlavətən, müxtəlif sosial şəbəkələrdə yayılan mənfi məlumatlar, iş adamı haqqında formalaşan ictimai fikirə təsir göstərmişdir. Bəzi zamanlarda bu yazılara qarşı sərt şəkildə cavablar verən və ictimaiyyətə açıqlamalar edən Axundov, bəzi hallarda üzləşdiyi mübahisələrdən dolayı müdafiə mövqeyini gücləndirərək işlərindəki "uğursuz" hallara qarşı mübarizə apardığını göstərir. İsfəndiyar Axundovun yaşı və təcrübəsi ona yalnız biznes sahəsində deyil, həyatın digər sahələrində də liderlik qazandırıb. Bu müdrikliyi ifadə etmək üçün bir neçə mühüm cəhətə toxunmaq olar:1. Təcrübənin Gücü İsfəndiyar Axundovun uzun illər ərzində qazandığı təcrübə, ona çoxsaylı çətinliklər və dəyişən bazar şərtləri ilə mübarizə aparmağı öyrədib. Bu təcrübə, onu yalnız strateji qərarlar qəbul edən bir liderə çevirməklə yanaşı, eyni zamanda insanların ehtiyaclarını və gözləntilərini düzgün anlamağa imkan verib. O, hər hansı bir vəziyyətin müvəffəqiyyətlə həllinə fokuslanır və nəticə etibarilə səhvlərdən dərs çıxarmağı həyatının vacib bir hissəsi hesab edir. "Həyatda hər addım bir dərsdir. Qazanılan uğurlar təkcə səbrin və zəhmətin nəticəsi deyil, həm də səhvlərdən çıxarılan dərslərin məhsuludur," — deyə o, müdrikliyini ifadə edir.2. Dəyişikliklərə Uyğunlaşma Bacarığı Yaşı və təcrübəsi ona göstərib ki, həyat və iş dünyası daim dəyişir. İsfəndiyar Axundov, bu dəyişikliklərə uyum sağlamağı, yeni trendləri izləməyi amma illərin təcrübəsini tətbiq etməyi müdriklik sayır. Bu, ona daima bazarda rəqabət üstünlüyü qazandırıb və şirkətinin müvəffəqiyyətini təmin edib. "Heç vaxt köhnə düşüncə ilə yeni dünyada yaşaya bilməzsən. Daima inkişaf etməli, yenilikləri izləməli və çevik olmalısan," — bu, onun adaptasiya və inkişaf etdirmə bacarığını göstərən bir yanaşmadır.3. Səbirli Olmaq və ya stabillikO, çox vaxt tələsmək və dərhal nəticə əldə etmək istəyənlərə qarşı səbirli olmağı təbliğ edir. Bu, onun həm iş həyatında, həm də şəxsi həyatında strateji düşüncə tərzini formalaşdırıb. "Ən yaxşı nəticələr, tələsmədən və düzgün planlaşdırma ilə gəlir. Sabırlı olmaq, iş həyatında da, şəxsi həyatda da əvəzsizdir," — o, özünü təcrübəsindən çıxardığı dərslərlə belə ifadə edir.4. Xətaları və Çətinlikləri Qəbul EtməkO, hər anın bir fürsət olduğunu dönə-dönə vurğulayır. "Hər uğursuzluq yeni bir fürsət doğurur. Çətinliklərlə üzləşdiyim zaman, onların mənə nə öyrədəcəyini düşünürəm," — bu, onun həyatda və işdə qarşıladığı çətinliklərə qarşı tutduğu mövqedir.İsfəndiyar Axundovun iş dünyasında sərt qərarlar verməsi və məqsədinə çatmaq üçün çətinlikləri nəyin bahasına olur olsun aşması, onun qranit kimi möhkəm iradəsindən xəbər verdiyi kimi, insanların hisslərini anlayıb, ehtiyaclarını ödəməyə çalışması isə, onun kövrək ürəyə sahib olduğunu göstərməklə ziddiyyətli, lakin güclü balans yaradır. "Hər şeyə görə mübarizə aparan, amma insanların xoşbəxtliyi üçün də hər şeyini ortaya qoyan bir insan olmağa çalışıram," — o, bu şəkildə həm sərt iradəsini, həm də humanist yönünü ifadə edir.İsfəndiyar Axundovun ali təhsil və rəsmi akademik biliklərə malik olmadan danışarkən müdrik insan və işinin peşəkarı olduğu təəssüratını yaratması da bir başqa aləmdir. O, özünü təhsilsiz bir şəxs kimi deyil, real həyatda gördüyü və öyrəndiyi dərslərin daşıyıcısı kimi təqdim edə bilir. "Təhsil yalnız kitabdan deyil, həyatdan öyrənməkdir. Hər çətinlik, yeni bir dərsdir və bu dərslər insanı formalaşdırır," — bu sözlər, onun təcrübə və həyat dərslərinə verdiyi önəmi açıq şəkildə göstərir.Bu məqaləni yazmaqda məqsədim Şərurlu İsfəndiyarı tərifləmək deyil, onun necə tikinti maqnatı olduğunu və onun misalında Azərbaycan insanının mənəvi, ruhsal kamilliyini göstərməkdir. Sonda isə, bu Şərurlu biznesmenə uzun ömür, can sağlığı və daim uğurlu addımlar atmasını arzu edirik. Həyatının hər anı daha parlaq, işlərinin isə daha möhtəşəm olmasını diləyirik.R.S. “Ulusum.az” üçün xüsusi olaraq

Diqqət Çəkənlər

Mətbəxin sirri - Analar üçün

Ərdoğan Azərbaycan səfirinə mükafat verdi

Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb

Chosen
49
ulusum.az

1Sources