EN

Qvardiola Qonzalesin "Mançester Siti"yə keçidini dəyərləndirdi

"Mançester Siti" qış transfer pəncərəsinin bağlanış tarixinə yaxınlaşdığı bir vaxtda "Portu"dan yarımmüdafiəçi Niko Qonzalesi transfer etdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki,лomandanın baş məşqçisi Xosep Qvardiola bu müqaviləni şərh edib.

“Bu, həqiqətən vacib transferdir! Rodrini itirəndən sonra o mövqedə zəif idik. Qonzalesi "Barselona" akademiyasından tanıyıram.Klubun onu növbəti illərə aparan səylərindən çox məmnunam".

"Mançester Siti"nin növbəti oyunu 8 fevral olacaq. Pep Qvardiolanın yetirmələri İngiltərə Kubokunun dördüncü mərhələsində "Leyton Orient"ə yollanacaq.

Chosen
42
90deqiqe.az

1Sources