EN

Britaniya Azərbaycanın bu addımını ALQIŞLADI

Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya dəstəyini təqdir edib.

Bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində qeyd olunub.

"Biz humanitar dəstəyin bir hissəsi kimi Azərbaycandan Ukraynaya yeni yardım göndərilməsini alqışlayırıq", - Böyük Britaniya səfirliyi bildirib.

Qeyd olunur ki, London növbəti 100 il ərzində Ukraynaya dəstəyini davam etdirəcək.

Xatırladaq ki, fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev Kiyevə humanitar yardım üçün 1 milyon dollar ayırıb. Pul Ukraynanın Energetika Nazirliyinə daxil olacaq və Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının alınmasına sərf olunacaq.

Daha sonra Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev göstərilən humanitar yardıma görə Əliyevə təşəkkür edib: “Biz səmimi qəlbdən minnətdarıq, bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq”.

Mənbə: musavat.com

Chosen
22
1
musavat.com

2Sources