EN

® “Biznes proseslərində güvən, sürət və innovasiya” adlı innovativ rəqəmsallaşma həlləri mövzusunda konfrans keçirilib

6 fevral 2025-ci il tarixində Bakıda “Landmark” otelində “Biznes proseslərində güvən, sürət və innovasiya” adlı innovativ rəqəmsallaşma həlləri mövzusunda konfrans keçirilib. Konfransın Azərbaycanın aparıcı sistem inteqratoru “AZEL Systems” və Türkiyənin aparıcı proqram təminatı istehsalçısı “Bimser” şirkətləri birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan “AZEL Systems” şirkətinin baş direktoru İqor Yakovenko iştirakçılara məlumat verib ki, şirkət 2013-cü ildə yaradılıb və o vaxtdan Azərbaycanda rəqəmsallaşma və innovativ həllərin tətbiqi sahəsində aparıcı sistem inteqratorlarından birinə çevrilib. O qeyd edib ki, “AZEL Systems” müxtəlif aparıcı proqram təminatı istehsalçıları o cümlədən “Bimser”, “Hexagon”, “Autodesk”, “Tekla Trimble” və s. şirkətlərin rəsmi tərəfdaşıdır. Şirkətin müştəriləri arasında “AzerSun”, “Masdar”, “Azfen”, “PMD Group” və s. kimi iri müəssisələr vardır. Cənab Yakovenko, həmçinin “AZEL Systems”in son illərdə əldə etdiyi mühüm nailiyyətlərdən danışıb və qeyd edib ki, şirkətin “Hexagon” şikrəti ilə birgə Azərbaycanda Mühəndislik Sənədlərinin İdarə Edilməsi Sistemi sahəsində həyata keçirdiyi layihələr sıradakı mükafatlara layiq görülüblər. Regionda ən yaxşı tətbiqedilmə üzrə Hexagon “Project Award” mükafatı, “EMIA Innovator Award” mükafatı və “Hexagon Elite Awards” zamanı “Best in Operation” kateqoriyasında görə 3-cü yer.

Çıxışının sonunda o qısaca, “Synergy”, QDMS və s. kimi müxtəlif “Bimser” həllərinin faydalarına toxunub.

Daha sonra “Bimser”in baş direktoru Murat Atıcı çıxış edib. O, “Bimser”in tarixini qısaca təqdim edərək, şirkətin 1998-ci ildə yaradıldığını və o vaxtdan iş axını və sənəd idarəetməsi, proses və performansın idarə edilməsi, keyfiyyətin idarə edilməsi və s. kimi sahələrdə aparıcı proqram təminatı istehsalçısına çevrildiyini qeyd edib. Hazırda şirkətin dünya üzrə 600-dən çox aktiv müştərisi (o cümlədən “AstraZeneca”, “Coca-Cola”, DHL və s.) var. Cənab Atıcı, həmçinin Azərbaycanda həyata keçirilən uğurlu layihələrdən və SOCAR, STP, “Veysəloğlu”, “AzerSun”, ASB və s. kimi mövcud müştərilərdən də danışıb. O, “AZEL Systems”in Azərbaycanda “Bimser” üçün etibarlı tərəfdaş və inteqrator olduğunu qeyd edib və tərəfdaşlığa görə şirkətə təşəkkür edib.

Daha sonra çıxış edən “Bimser”in qlobal məhsul üzrə meneceri Taha Alperen Karaman iş axınının idarə edilməsi, sənədlərin idarə edilməsi, qeydlərin idarə edilməsi və s. kimi tapşırıqlar üçün “Bimser Synergy CSP” həllini təqdim edib. O, sistemin demo-versiyasını, eləcə də müştərilərə “SİMA İmza”dan istifadə etməklə biznes proseslərini həyata keçirməyə imkan verən “SİMA İmza” ilə inteqrasiyanı iştirakçılara göstərib. Daha sonra o, həmçinin real vaxt rejimində “Bimser bEAM” həllini nümayiş etdirib və bu proqramla bağlı iştirakçıların suallarını cavablandırıb. Həmçinin tədbir zamanı “AzerSun” şirkətinin texniki aktivlər departamentinin rəhbəri Cavanşir Ağarzayev çıxış edərək “AzerSun” şirkətində “Bimser” həllərinin uğurlu tətbiqi və istifadəsindən danışıb. O, “AzerSun” tərəfindən sistemdə edilən dəyişikliklər, “Boysweb” və digər sistemlərlə inteqrasiyalar haqqında məlumat verib. O, bir daha şirkətin “Bimser” proqram təminatından çox razı olduğunu vurğulayıb.

Bütün təqdimatlar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb və onlar gələcəkdə də oxşar tədbirlərin təkrarlanacağına ümidvar olduqlarını bildiriblər.

Konfrans başa çatdıqdan sonra nahar verilib.

Chosen
16
2
azertag.az

3Sources