EN

"Ferrari" yeni avtomobilini təqdim edəcək

"Ferrari" fevralın 18-i axşam Çarlz Lekler və Lyuis Həmiltonun idarə edəcəyi yeni SF-25 avtomobilinin rəsmi fotolarını yayımlayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Autoracer" məlumat yayıb.

Frederik Vasserin komandasının proqramı dəyişməz olaraq qalır. Komanda əvvəlcə Londona "Formula 1"in təşkil etdiyi tədbirdə iştirak etmək üçün gələcək və burada rəsmi liveriya nümayiş etdiriləcək.Təbii ki, bu tədbirdə iki rəsmi sürücüdən başqa komandanın rəhbərliyi də iştirak edəcək.

Komandanın yenilənmiş dizaynını əks etdirən avtomobilin maketi Londondakı O2 Arenada nümayiş etdiriləcək, SF-25 isə fevralın 19-da İtaliyanın Fiorano şəhərində keçiriləcək sınaq gününə hazır olacaq.

 

Chosen
43
90deqiqe.az

1Sources