EN

“Neftçi”nin oyunçularına və azarkeşlərinə demək istəyirəm ki, “Palms Sports” burdadı"

"Neftçi" ilə "Palms Sports" arasında sponsorluq müqaviləsi imzalanıb.

"Football-plus.az" xəbər verir ki, əməkdaşlıq 5 illik müddəti əhatə edəcək. Tədbirdə iştirak edən "Palms Sports"un direktoru Fuad Dərviş əməkdaşlığa görə qürur duyduqlarını bildirib:

"Burda olduğum üçün çox qürurluyam. Bu gün yeni səhifənin açılmasında iştirak edirik. “Neftçi Arena”da, “Neftçi Futbol Mərkəzi”ndə və əsas komandanın formalarında adımızın yazılacağına görə özümüzlə fəxr edirik. Tərəfdaşlıq adi sponsorluqdan ibarət deyil. Uzunmüddətli öhdəliklərin, ciddi iddiaların rəmzidi. “Neftçi”də infrastrukturun təkmilləşdirilməsinə, futbolçuların klubun adına uyğun şəraitdə çalışmasına şərait yaradacağıq. “Neftçi” “Palms Sports” şirkəti ilə imzaladığı müqavilədən gəliri klubun illik qazancının 30 faizini təşkil edir. Bu, tərəfdaşlıqla yanaşı, Azərbaycan və BƏƏ arasında olan strateji münasibətlərin təsdiqidi. “Neftçi” bir əsr tarixi olan klubdu və sabiq SSRİ zamanında da çıxış edən yeganə Azərbaycan klubu olduğu üçün böyük hörmətə layiqdi. Hazırda “Neftçi” ən böyük titullara malikdi, Azərbaycan futbolunun rəmzlərindəndi, Avropa Liqasında iştirak edən ilk Azərbaycan klubudu. Xalqa bağlıdı. “Neftçi”nin oyunçularına və azarkeşlərinə demək istəyirəm ki, “Palms Sports” burdadı. Ona görə ki, sizə dəstək göstərmək, nailiyyətləri birlikdə qeyd etmək, gələcəkdə unudulmaz xatirələr yaşamaq istəyirik. 17 min əməkdaşı olan “Palms Sports” adından qonaqpərvərliyinizə görə hər birinizə təşəkkür edirəm”.
Chosen
46
football-plus.az

1Sources