EN

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar- Rusiyada plan nə imiş?..

Image

Cabbar Məmmədov: "... məlumatın hava limanına gecikmiş formada çatması Rusiyanın əksər dövlət orqanlarının bir-biri ilə əlaqəsizliyi, rabitəsiz fəaliyyəti ilə əlaqədardır"

"Qara qutu" məlumatlarından görünür ki, Azərbaycan təyyarəsi 24 saniyə içində iki zərbə alandan 8 dəqiqə sonra "Xalça rejimi"nin tətbiqi barədə məlumat verilib. Hansı ki, həmin an pilotların bundan xəbəri yox idi. 

Hava gəmisi vurulana qədər isə təyyarənin GPS siqnal sisteminin itməsi də təsdiqləyir ki, hava məkanında hərbi havadan müdafiə sisteni aktiv olub, amma bu barədə mülki hava limanına məlumat verilməyib. Yəni "Kovyor" əməliyyatı zamanı həm də HHM sistemləri səmadakı aviasiya vasitələrinin elektron cihazları ilə mübarizə aparır. Bunun nəticəsində təyyarə Qroznı hava məkanına daxil olan kimi GPS siqnal sistemi sıradan çıxıb. Elə isə "Xalça" əməliyyatı barədə gecikmiş məlumatı verməklə nə məqsəd güdülüb?

“Bakı-Xəbər” qəzetinin suallarını cavablandıran təhlükəsizlik məsələlərı üzrə ekspert Cabbar Məmmədov bildirdi ki, "Kovyor" əməliyyatının başlaması barədə məlumatın hava limanına gecikmiş formada çatması Rusiyanın əksər dövlət orqanlarının bir-biri ilə əlaqəsizliyi, rabitəsiz fəaliyyəti ilə əlaqələdardır: "Qərəzli olaraq məhz Azərbaycan təyyarəsinə görə belə edilməsi variantı istisnadır. Belə deyə bilərik ki, sadəcə, kimsə sərxoş olub, yadından çıxarıb və ya məsuliyyətsizlik edib ki, bu barədə həm də mülki hava limanını xəbərdar etmək lazım imiş.

Qazaxıstanın insidentin araşdırılması ilə bağlı bu yaxınlarda yaydığı geniş hesabat isə ilkin hesabatdir və tamamilə reallığı əks etdirir. O yekun hesabat deyil və hadisənin bütün tərəflərini əks etdirmir. O yalnız təyyarənin hadisədən sonrakı texniki vəziyyətini və ekipaj üzvlərinin  dispetçerlərlə olan söhbətlərini əks etdirir və onlar da, təbii olaraq bu gün biz bildiklərimizdən daha geniş məlumatlara malikdirlər".

Ekspert “...bəs Rusiya tərəfinin ilkin hesabata istinad edərək cənab prezident İlham Əliyevin tələsik nota verməsini, Rusiyanı əsassız ittiham etdiyini iddia etməsinə nə deyərdiniz”, sualına cavabında bildirib ki, bu cür fikirləri Rusiyanın rəsmi mövqeyi kimi eşitməyib: "Bu, bir qrup jurnalistin, siyasətçilərin öz subyektiv fikridir. İstintaq, təbii ki, tək  "qara qutu"nun deşifrəsinə istinad etməyəcək. İctimaiyyət üçün hələ "Pantsir S1" batareyasında aparılan təhqiqatın nəticəsi açıqlanmayıb. Bildiyiniz kimi, digər istintaq qrupu da disptçerlərlə, atəş açan hərbi qüvvələrlə işləyir. Onların rəyi hələlik açıqlanmayıb. Həmişə cənab prezident dəqiq bildiyi sözü deyir və mən tam əminəm ki, sonda onun dediyi qəbul ediləcək".

Dəniz NƏSİRLİ





Chosen
51
baki-xeber.com

1Sources