EN

Şolz: Əminəm ki, Şara Suriyanı yenidən quracaq

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit-in verdiyi açıqlamaya görə, kansler Şolz Suriya prezidenti Şara ilə təxminən bir saat telefonda danışıb.

Turkustan.az xəbər verir ki, görüş zamanı Şolz Suriya xalqını Əsədin qorxu rejiminə son qoymağı bacardığına görə təbrik edib.

Görüş zamanı kansler Şolz və prezident Şara etnik və dini qrupdan asılı olmayaraq bütün suriyalıların iştirakını, hüquqlarını və müdafiəsini tanıyan inklüziv prosesin zəruriliyi barədə razılığa gəliblər.

Baş nazir Şolz Şaranı əmin edib ki, Almaniya hökuməti Suriyanın bütün Suriya xalqı qrupları üçün azad və təhlükəsiz vətən ola bilməsi üçün onun yenidən qurulmasını dəstəkləməyə hazırdır.

Şolz Almaniya hökumətinin bu məsələdə avropalı və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyini bildirib.

Şolz həmçinin Suriyanın, bölgənin və dünyanın təhlükəsizliyi üçün terrorla mübarizənin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
41
turkustan.az

1Sources