EN

Qanunsuz ova cəhd edən şəxs saxlanılıb

Şirvan Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qırmızıkənd ovçuluq təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edən şəxsin Masallı rayonu Xırmandalı kənd sakini Elnur İsmayılov olduğu məlum olub və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

Chosen
59
21
yeniazerbaycan.com

10Sources