NATO ölkələrinin nümayəndələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı güc yolu ilə ələ keçirməyə cəhd göstərəcəyi təqdirdə mümkün cavab ssenarilərini müzakirə edirlər.
Bildirilib ki, müttəfiqlər onlarla Avropa ölkəsinin nümayəndələrinin iştirakı ilə qeyri-rəsmi danışıqlar aparıblar. Danışıqlar zamanı adaya hərbçilərin göndərilməsi məsələsinə də toxunulub. Xüsusilə ABŞ-nin NATO-nun digər üzv dövlətinə hücumu zamanı birlik üzvlərinin NATO müqaviləsinin 5-ci maddəsini tətbiq edib-edə bilməyəcəyi məsələsi müzakirə olunub. Bu maddəyə əsasən, Alyans üzvlərindən birinə hücum onun bütün üzvlərinə hücum kimi qiymətləndiriləcək.