Dünən Qusarda “Hummer” markalı avtomobil aşıb.
Bildirilib ki, Laza kəndi ərazisində - Şahdağa gedən yolda yolsuzluq avtomobili buzlu yolda idarəetmədən çıxaraq banı üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.
Avtomobilin sahibi qəzadan sonra maşını hadisə yerində qoyaraq uzaqlaşıb.