EN

Tənzilə Rüstəmxanlı seçiciləri ilə görüşüb



Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayonu Qırmızıkənd kəndində sakinlərlə növbəti qəbulunu keçirib.


Newscenter.az xəbər verir ki, qəbulda yaxın ərazilərdən, Xəzərkənd və Xolqarabucaq kəndlərindən də vətəndaşlar iştirak edib.

Rayonun Qırmızıkənd sakinlərinin keçirilən qəbulda su, torpaq, işsizlik, işıq xəttinin kabelləşməsi, tibb məntəqəsi, sosial yardım problemlərinin həlli, o cümlədən pensiya, əlillik təyinatı, “avrolizinq”, “bankomat” və sairə məsələlər deputatın diqqətinə çatdırılıb.
Millət Vəkili Tənzilə Rüstəmxanlı sakinlərinə hamısını, xüsusilə şəhid ailələrini, qaziləri diqqət və həssaslıqda dinləyib, onların qayğıları, üzləşdikləri problemlərlə ciddi şəkilədə maraqlanıb, həmçinin hər birini fərdi qaydada dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparıb və köməkçilərinə tapşırıqlar verib.

Görüş iştirakçıları deputat tərəfindən qısa müddətdə kəndlərin də görülmüş, həllini tapmış məsələlər və edilmiş yardımlarla bağlı Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini bildiriblər.

Deputat T.Rüstəmxanlı qəbulun sonunda sakinlərin maraqlarını nəzərə alaraq fəaliyyətinin qısa dövründə Neftçala rayonunda gördüyü müvafiq orqanlar qarşısında qaldırdığı konkret məsələlər barəsində iştirakçıları məlumatlandırıb.

Qəbulda həmçinin Neftçala rayon İcra Hakimiyyətinin İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdüri Vasif Əliyev də iştirak edib. Vasif Əliyev də qəbulda sakinlərin qaldırdıqları problemlərə öz münasibətini bildirib və müvafiq tədbirlər görülməsi üçün qeydlər aparıb.

Süleyman
Chosen
25
newscenter.az

1Sources