Azərbaycan Ukraynaya köməyini əsirgəmir. Növbəti dəfə yük maşınları Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klinçenko bildirib ki, bu yardım həqiqətən ukraynalıların həyatını xilas edir, Ukraynaya, iqtisadiyyatımıza dəstək olur.
Azərbaycanın Ukraynaya humanitar məqsədli yardımlarının ümumi məbləği isə 40 milyon dolları keçib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 5-də imzaladığı sərəncama əsasən, ukraynaya humanitar yardım məqsədilə bir milyon abş dollarının manat ekvivalentində vəsait ayrılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.