EN

İstanbulda 70 nəfər saxta spirtli içkidən öldü



Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən yenidən zəhərlənmə və ölüm hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbulda saxta spirtli içkilərə görə həyatını itirənlərin sayı 70-ə yüksəlib.

Məlumata görə, saxta spirtli içki ilə bağlı xəstəxanaya müraciət edən 21 nəfərin müalicəsi davam edir, onlardan 8-i reanimasiyadadır.

İstanbul valisi Davud Gül ilin ilk ayında saxta və qaçaqmalçılıqla gətirilən spirtli içkilərə qarşı keçirilən əməliyyatlarda 190 şübhəlinin tutulduğunu, onlardan 86 min 274 litr saxta və qaçaq spirtin ələ keçirildiyini açıqlayıb.

Mehman Mehdiyev
Chosen
41
4
newscenter.az

5Sources