EN

Türkiyə və Fransa Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, danışıqlar zamanı bir neçə məsələyə toxunulub.

Ərdoğan, Avropa İttifaqının (Aİ) Suriyaya qarşı sanksiyaları dayandırmasının zəruriliyini və Türkiyənin Suriyaya verdiyi dəstəyin fasiləsiz davam edəcəyini bildirib.

Eyni zamanda Ərdoğan, HƏMAS və İsrail arasında atəşkəsin qorunub saxlanılmasının vacib olduğunu bildirib.

Bununla yanaşı, iki dövlət arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Chosen
36
turkic.world

1Sources