EN

Editor.az Türkiyənin nüfuzlu media təşkilatı ilə əməkdaşlığa başlayır – FOTO

Editor.az İnformasiya Portalı ilə Türkiyənin Anadolu Yazarlar və Gazeteciler Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İstanbulda baş tutan imzalanma mərasimində Editor.az İnformasiya portalının baş redaktoru Fərid Şahbazlı, Türkiyənin Anadolu Yazarlar və Gazeteciler Cəmiyyətinin(AYGAD) İdarə Heyətinin sədri Ahmet Işıkdağ və digər tanınmış jurnalistlər iştirak edib.

F.Şahbazlı bildirib ki, Türkiyə ilə Azərbaycanı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir. O qeyd edib ki, bu əlaqələrinin inkişafı və təbliği işində, eyni zamanda informasiya müharibəsi sahəsində iki qardaş ölkənin media təmsilçilərinin üzərinə böyük məsuliyyət düşür.

AYGAD sədri Ahmet Işıkdağ çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib. O, Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlıq əlaqələrinə diqqət çəkərək, iki ölkə jurnalistlərinin daha sıx əməkdaşlığına ehtiyac olduğunu qeyd edib.

Tərəflər bildirib ki, iki qardaş ölkənin media qurumları bundan sonra da birgə maraqlı və ortaq layihələr icra edəcək.

Memorandum çərçivəsində tərəflərin nümayəndələrinin iştirakı ilə birgə səfərlər və layihələr həyata keçiriləcək, jurnalistlərin məqalələri hər iki ölkə mediasında geniş şəkildə işıqlandırılacaq.

Qeyd edək ki, Azərbaycanın nüfuzlu xəbər saytlarından olan Azxeber.com da AYGAD ilə əməkdaşlıq memorandumu imzalayıb.

//Editor.az

Chosen
33
editor.az

1Sources