Ukrayna Milli Qvardiyasının “Spartan” briqadasının 3-cü batalyonunun döyüşçüləri altı rus işğalçısını əsir götürüblər.
Milli Qvardiyanın rəsmi Telegram kanalında xəbər verildiyi kimi, əsgərlər Pokrovski istiqamətində “mübadilə fondu”nu doldurublar. Hücum cəhdi zamanı beş işğalçıdan ibarət qrup Ukrayna hərbçilərinin güclü atəşinə məruz qalıb və şəxsi evə sığınmaq qərarına gəlib: “İşğalçılar nə döyüşü davam etdirə bilməyiblər, nə də geri çəkiliblər, buna görə də könüllü təslim olublar.
Başqa bir rus – onun hücum qrupundan sağ qalan yeganə şəxs – altı gün evlər arasında gəzib və heç bir kömək olmayacağını anlayanda təslim olmaq qərarına gəlib.
//Samir Qurbanov, Editor.az