EN

Qırğızıstanın dövlət himni dəyişir



Qırğızıstanın dövlət himni dəyişir.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Qırğızıstan" yayıb. Məlumata görə, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkənin yeni dövlət himninin müsabiqə yolu ilə müəyyən ediləcəyini açıqlayıb.

Nazirliyin yaydığı yazılı bəyanatında deyilir:

“Qırğız xalqının tarixi irsini, mədəni ənənələrini və milli birliyini əks etdirən yüksək səviyyəli bədii musiqi əsəri yaratmaq məqsədi ilə milli müsabiqəyə start verdik”.


Bəyanatda bütün istedadlı vətəndaşlardan, musiqiçilərdən, bəstəkarlardan, şairlərdən, yazıçı kollektivlərindən və birliklərdən martın 20-dək nazirliyin ünvanına və elektron poçt ünvanına müraciət etmələri xahiş edilib.


Mehman Mehdiyev
Chosen
57
3
newscenter.az

4Sources