EN

Rusiyanın Suriyadakı hərbi bazaları qalacaqmı?

Rusiyanın Suriyadakı hərbi bazaları Suriyanın yeni hökuməti üçün faydalı olarsa, qalacaq.

Editor.az xəbər verir ki, bu barədə Suriyanın müdafiə naziri Murhaf Əbu Kəsra “The Washington Post” qəzetinə müsahibəsində bildirib. Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, Moskvanın Suriyanın yeni hökumətinə münasibəti keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra “xeyli yaxşılaşıb”. Murhaf Əbu Kəsra qeyd edib ki, Dəməşq müxtəlif ölkələrlə müdafiə sazişləri əldə etmək imkanını nəzərdən keçirir.

O əlavə edib ki, Suriya ABŞ və Türkiyə ilə respublika ərazisindəki hərbi bazalarının statusu ilə bağlı “çətin danışıqlar” aparır.

Nazir bildirib ki, Suriyadakı Amerika bazaları məsələsi ABŞ prezidenti Donald Trampın administrasiyası ilə müzakirə olunur. “Hamı Trampın hakimiyyətə gələcəyini gözləyirdi. “Amerika administrasiyası və Suriyanın yeni hökuməti bu məsələni həll etmək üçün müəyyən vaxta ehtiyac duyacaq”, – Murhaf Əbu Kasra bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
41
1
editor.az

2Sources