EN

"Real" "Arsenal"ın müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" mövsüm bitdikdən sonra "Arsenal"ın müdafiəçisi Uilyam Salibanı transfer etməyi hədəfləyir.

90deqiqe.Az "RMC Sport"a istinadən xəbər verir ki, "kral klubu" 23 yaşlı futbolçunu almaqda çox israrlıdır. Fransız futbolçu ilə müqavilənin imzalanması yay transfer pəncərəsində Los Blancos üçün prioritetdir.

Qeyd edək ki, fransalının "topçular"la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Mütəxəssislər müdafiəçinin transfer dəyərini 80 milyon avro qiymətləndirir.

Xatırladaq ki, bu mövsüm Uilyam Saliba London klubunun heyətində İngiltərə çempionatında 22 oyun keçirib və iki qol vurub. Bundan əvvəl müdafiəçi "Marsel", "Nitsa" və "Sent-Etyen"də oynamağı bacarıb.

Chosen
40
90deqiqe.az

1Sources