BMT-nin Baş katibi Antonio Quterreş Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Publika.az xəbər verir ki, bunu baş katibin sözçüsünün müavini Farhan Haq açıqlayıb.
O bildirib ki, dünya təşkilatının başçısı fevralın 10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək.