Moskvanın Mixalkovskaya küçəsində tikilməkdə olan binada oksigen balonunun partlaması nəticəsində yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə fevralın 7-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Otaqdakı oksigen balonunun təzyiqi yüksək temperatura məruz qaldığı üçün partlayıb", - idarənin mətbuat xidməti Telegram kanalında bildirib.
Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını tez bir zamanda söndürüblər.
Ölən yoxdur.
QAZİLER.AZ