EN

Super Liqa klubunda yeni baş məşqçi

“Bodrum FK”nın yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Super Liqa təmsilçisini bundan sonra son olaraq Jose Morais çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Morais bu postda daha əvvəl istefaya göndərilən Volkan Dəmirəli əvəzləyib.

Sonuncu dəfə İranın "Sepehan" komandasını çalışdıran portuqaliyalı məşqçi 2024-cü ilin noyabrından işsiz idi.

Morais 2016-cı ilin yanvarından 2016-cı ilin oktyabrına qədər "Antalyaspor"da çalışıb. 59 yaşlı çalışdırıcı Joze Mourinyonun "İnter", "Çelsi" və "Real"da köməkçi məşqçisi olub.

Chosen
29
90deqiqe.az

1Sources